"Taxıl sazişi, ümumiyyətlə, dünyada ərzaq qiymətlərinin aşağı səviyyədə saxlanılması kimi humanitar məqsədə xidmət edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq keçirdiyi brifinqdə deyib.

"Taxıl müqaviləsinin əsas məqsədi humanitar məqsəddir. Taxıl sövdələşmələrinin əksəriyyətinin kommersiya xarakterli olması barədə bəyanat doğrudur. Lakin bu əməliyyatlar bizə ərzaq qiymətlərini, xüsusən də taxıl qiymətlərini aşağı saxlamaq kimi humanitar məqsədə çatmağa kömək edir. Bu saziş dünyanın bir çox ölkələrinin iqtisadi sabitliyi üçün vacibdir"- deyə Fərhan Haq bildirib.

Əlavə edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl qeyd edib ki, sövdələşmə yoxsul ölkələrin ehtiyaclarını ödəmək kimi humanitar məqsədə xidmət etmir. Belə ki, müqavilə kommersiya məqsədləri üçün nəzərdə tutulub.