Somalidə təxminən 1,7 milyon uşaq qida çatışmazlığı ilə üzləşir və böyüklərin təxminən 40%-nin təcili yardıma ehtiyacı var. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktor müavini Bet Beçdol sözügedən ölkəyə səfərindən sonra məlumat verib.

"Somalidə yaşayan 7 milyon insandan bu il hər beş nəfərdən ikisinin təcili tibbi yardıma ehtiyacı var. 1,7 milyon uşaq isə qida çatışmazlığından əziyyət çəkir", - o, səfərdən sonra verdiyi açıqlamada bildirib.

Beçdol BMT Baş Katibinin Humanitar Məsələlər üzrə köməkçisi və BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisində fövqəladə yardım koordinatorunun müavini Coys Msuya ilə birlikdə Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün Dollou qaçqın düşərgəsində Somalili qadınlarla görüşüb.