"BMT İran Hərbi Dəniz Qüvvələrinin Oman körfəzi sularında "Sent Nicholas" neft tankerini ələ keçirməsi ilə bağlı hadisələri izləyir".

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz, əlbəttə ki, vəziyyəti izləyirik. Ümid edirik ki, bu, ən qısa zamanda həll olunacaq", - o bildirib.

Düjarrik əlavə edib ki, beynəlxalq gəmiçilik bölgədə potensial olaraq gərginliyə səbəb ola biləcək kifayət qədər problemlə üzləşib.