BMT-nin (BMT) baş katibi Antonio Quterreş dünyada humanitar yardıma ehtiyacı olan insanların sayının ötən illə müqayisədə 30 faiz artaraq 360 milyon nəfərə çatdığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Quterreş BMT-nin İqtisadi və Sosial Şurasında keçirilən sessiyada çıxış edib.

Quterreş 260 milyon insanın ciddi qida çatışmazlığı və aclıqla üzləşdiyinə diqqət çəkib. Quterreş bunun əsas səbəbinin həll olunmamış münaqişələr və yeni başlayan müharibələr olduğunu bildirib.

"Münaqişə tərəflərinin beynəlxalq hüququn pozulmasına görə mülki şəxslərin qəbuledilməz bir bədəl ödəmək məcburiyyətində olduğuna diqqət çəkən Quterreş, “Qlobal humanitar böhran dövrümüzün ən ciddi problemlərinə qarşı birgə hərəkət edə bilməyəcəyimizin sübutudur. Dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı keçən illə müqayisədə 30 faiz artaraq 360 milyona çatıb", - deyə bildirib.