"BMT Livan-İsrail sərhədində bir jurnalistin ölümü ilə nəticələnən artilleriya atəşinin yenidən başlamasından ciddi narahatdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Həqiqətən də, İsrail və Livan sərhədində yenidən atəşə başlanılması ilə bağlı xəbərlərdən çox narahatıq. Bir jurnalistin həlak olması, digərlərinin isə yaralanması ilə bağlı həyəcanlı xəbərlər alırıq. BMT-nin Livandakı qüvvələri hər iki tərəfin hakimiyyət orqanları ilə fəal əməkdaşlıq edir, sülhməramlılar öz mühüm işlərini yerinə yetirməyə davam edirlər", - Düjarrik bildirib.