Birləşmiş Millətlər Təşkilatı (BMT) Alabama ştatının yanvarın 25-də ilk dəfə olaraq saf azotdan istifadə edərək məhbusu edam etmək planına qarşı çıxıb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O, Alabama ştatının qərarını belə şərh edib: "BMT ölüm cəzasının istənilən tətbiqinə qarşıdır".

Qeyd edək ki, sözügedən məhkum Kennet Smit 1988-ci ildə bir qadını sifarişlə qətlə yetirməkdə təqsirli bilinib. Cinayət ortağı ilə birlikdə o, qətlə görə min dollar alıb. Ortağı 2010-cu ildə edam edilib. Smitin özü də ölümcül inyeksiya ilə edam olunmağa çalışılıb, lakin o, edam cəhdindən sağ çıxıb.

Smitin vəkilləri qeyd edib ki, bu üsul qəddarlıqdır. 

Saf azotdan istifadə etməklə edam ABŞ-nin üç ştatında qanunidir, lakin əvvəllər heç vaxt istifadə olunmayıb. Alabama səlahiyyətliləri, öldürücü inyeksiyalarda istifadə olunan dərmanların çatışmazlığı səbəbindən üsulu yalnız 2018-ci ildə təsdiqləyib.