ABŞ Dövlət katibi Entoni Blinken hesab edir ki, Vaşinqton və Pekin vurulmuş Çin aerostatı hadisəsini keçmişdə buraxmalıdır.

İqtisadiyyat.az xəbər verir ki, diplomat bu fikri Çinə səfərindən sonra NBC televiziyasına müsahibəsində bildirib.

"Demək lazım olanı dedik, bunun bir daha təkrarlanmaması üçün nə edilməli olduğunu açıqladıq. Bu səhifə bağlanmalıdır", - deyə Blinken aerostat məsələsinə eyham vurub.