ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin Qara Dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı “yenidən liderlik rolunu öhdəsinə götürməsini” gözlədiklərini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ diplomatı Koloradoda davam edən Aspen Təhlükəsizlik Forumunda Türkiyənin Qara dəniz taxıl təşəbbüsündəki rolu ilə bağlı açıqlama verib.

Blinken deyib: "Türkiyə təşəbbüsün sıfırdan həyata keçirilməsində mühüm rol oynadı, ilk növbədə BMT-nin Baş katibi Antonio Quterreşlə yaxından əməkdaşlıq etdi. O, təşəbbüsü zirvəyə çatdırmaqda böyük iş gördü. Buna görə də biz dünyanın hər yerində insanların ehtiyac duyduqları ərzaqları münasib qiymətlərlə əldə edə bilmələri üçün Türkiyənin bu işdə yenidən liderlik etməsini gözləyirik”.