ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə Ər-Riyadda aparılan danışıqları “çox məhsuldar” adlandırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" xəbər yayıb.

Blinken danışıqlardan sonra verilən suala cavabında deyib ki, görüş çox məhsuldar olub. Amerika tərəfinin məlumatına görə, danışıqlar təxminən bir saat davam edib.

ABŞ dövlət katibi Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanındadır. Fələstin-İsrail münaqişəsi kəskinləşdikcə o, regionun demək olar ki, bütün əsas oyunçularını əhatə edən səfərə çıxıb və artıq İsrail, İordaniya, Qətər, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanına səfər edib. Blinkenin oktyabrın 15-də Misirə gedəcəyi gözlənilir.