Bitkoinin qiyməti Federal Ehtiyatlar Sisteminin faiz artımına son qoyacağı ümidi ilə son 17 ayın ən yüksək səviyyəsinə çatıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, kriptovalyutanın dəyəri 2%-dən çox artaraq 36 min dollara yaxınlaşıb.

Qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 2,19% artaraq 1,3 trilyon dolları keçib.

 

Gözəl Həşimova