Bazar dəyərinə görə dünyanın ən böyük kriptovalyutası olan bitkoin son 24 saat ərzində 11,7% bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CoinMarketCap" saytı məlumat yayıb.

Bununla da bitkoinin qiyməti son 5 həftə ərzində ilk dəfə 70 min dollara çatıb. Dünyanın ən böyük kriptovalyutası sonuncu dəfə aprelin 12-də bu səviyyə çatıb.

 

Gözəl Həşimova