Bir sutka ərzində Rusiyada 8248 koronavirusa yeni yoluxma halı aşkarlanıb. 

Bir gün ərzində Rusiyada 193 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 545458-ə çatıb. Rusiyada pandemiya yayılandan 7284 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9767 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 294306-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 8 milyonu keçib, 431 mindən çox adam isə virus səbəbilə ölüb.Yeniavaz