Amazonun təsisçisi Jeff bezos, dünya əhalisinin sürətlə artdığını və ətraf mühitin çirkləndiyini bildirib. Buna görə də Bezos, kosmosa sərmayə ayırdığını qeyd edib.

Microsoft-un təsisçisi Bill Qeytsi geridə qoyaraq dünyanın ən zəngin şəxsi olan Amazon-un təsisçisi Jeff Bezos, sərmayələrindən danışıb. Kosmosa sərmayə yatırması barədə, “Dünyanı və insanlar qurtarmaq üçün digər planetlərə getməyə məcburuq. Bizdən sonrakı nəsillərin həyatı buna bağlıdır” deyə açıqlama verib.

İqtisadiyyat.Az-ın xarici mediaya istinadən məlumatına görə, insanların gələcəkdə yaşayacağı problemlərdən söz açan Bezos, “Dünya kiçik planetdir. Əhali sürətlə artır. Buna görə də iqlim dəyişir, çirklənmə çoxalır. Dünyanı məhv edirik” deyib.

İnsanlığını digər planetlərə köç etməsindən sonra gələcək problemlərin qarşısının alınacağını deyən Bezos, mikroprosessor kimi istehsalı xeyli çətin olan qarışıq cihazların kosmosda daha ucuz maliyyə ilə istehsal olunacağını bildirib. Dünyanı çirkləndirən zavodların kosmosa daşına biləcəyini deyən Bezos, dünyanın bu yolla çirklənmədən qurtulacağını vurğulayıb.

İnsanların gələcəkdə dünyada yaxud kosmosda yaşaması barədə seçim edəcəklərini deyən Jeff Bezos, kosmosda həyatın mümkün olacağını, ancaq bunun qısa müddət ərzində reallaşmayacağını da qeyd edib.

Kosmos hədəflərini gözə alıb sərmayə ayırdıqlarını deən milyarder, “Böyük bir dəyişiklik bir il içərisində görüləcək. Kosmos hədəflərimizin tamamilə gerçək olduğunu düşünürəm” ifadələrini işlədib.

 

Mehman Nəbiyev