“Microsoft” şirkətinin yaradıcısı, dünyanın ən zəngin iş adamlarından olan Bill Qeyts və həyat yoldaşının xeyriyyə fondu yeni növ koronavirusunun Çində və Afrika ölkələrində yayılmasının qarşısının alınmasına 10 milyon dollar ayırıb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə məlumat Fondun saytında yerləşdirilib.

Məbləğin 5 milyon dolları Çində, 5 milyonu isə Afrika ölkələrində öldürücü virusla mübarizəyə sərf olunacaq.

Qeyd edək ki, son məlumata görə, artıq Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb.