Beynəlxalq Valyuta Fondu (IMF), koronavirus pandemiyasından sonra qlobal iqtisadiyyatın bərpası üçün 650 milyard dollar ayrılmasını təsdiqləyib.

BVF-nin internet saytında qeyd edildiyi kimi, paylama 23 avqustda başlayacaq. Xüsusi çəkmə hüquqları fondun bütün üzvlərinə kvotalarına nisbətdə veriləcək. BVF-dən bildirilib ki, inkişaf etməkdə olan bazarlar və aşağı gəlirli ölkələr üçün təxminən 275 milyard dollar ayrılıb.

BVF rəhbəri Kristalina Georgieva qərarı "tarixi" və "görünməmiş bir böhran dövründə qlobal iqtisadiyyat üçün peyvəndlənmə" adlandırıb.