"Beşiktaş" yeni baş məşqçisini ictimaiyyətə açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, "ağ-qara" klub portuqaliyalı baş məşqçi Fernando Santos ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Fernando Santos Portuqaliya yığması ilə AVRO-2016-nın qalibi olub.