"Beşiktaş" icarə əsasında komandada çıxış edən Artur Masuakunun transfer hüquqlarını alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı cinah müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Masuaku mövsümün əvvəlində "Vest Hem"dən icarə əsasında Türkiyə klubuna keçmişdi.

Müdafiəçi Super Liqada 26 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.