İsrailin baş naziri Benyamin Netanyahunun ürəyinə ürək aritmiyalarını izləmək üçün cihaz yerləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki,  bu barədə “Tel HaShomer” xəstəxanasının “Sheba” mərkəzinin kardioloqu, professor Yehuda Adler məlumat verib.

Kardioloq vurğulayıb ki, o, İsrailin baş nazirinə iş yükünü azaltmağı şiddətlə tövsiyə edib.

Netanyahunun ofisi implantla bağlı məlumatı hələlik şərh etməyib. Onun artıq evə buraxıldığı bildirilib.