Kosovo Baş naziri Albin Kurti Türkiyədən aldıqları Bayraktar TB2 PUA-larının ölkəyə gətirildiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Kurti sosial media hesabında Bayraktar TB2 PUA-larının fotosunu yerləşdirərək, ölkəsinin indi daha da təhlükəsizlikdə olduğunu qeyd edib.

“Türkiyədən dövlət olaraq aldığımız Bayraktar TB2 pilotsuz uçuş aparatlarını arsenalımıza əlavə etdik. Biz ordu büdcəsini 100 faizdən çox artırdıq. Kosovo indi daha təhlükəsizdir!", - Kurti bildirib.

Kurti Kosovo zabitlərinin silahlardan istifadəsi ilə bağlı təhsillərini tamamladıqlarını da vurğulayıb.

Kosovonun neçə ədəd Bayraktar TB2 alması barədə məlumat verilməyib.