Çempionlar Liqasında "Qalatasaray"la eyni qrupda yer alan "Bayern"da zədə problemi yaşanır. Alman nəhəngində zədəli 8 futbolçu var.

İqtisadiyyat.az xəbər verir ki, "Bayern Münhen"dəki zədəlilərin sırasına qoşulan son futbolçu Serj Qnabri olub. "Preussen Münster" matçında zədələnən Qnabrinin qolunun qırıldığı açıqlanıb.

Tomas Tuhel Qnabrinin qolunun qırıldığını və bir neçə həftə oynaya bilməyəcəyini açıqlayıb.

Qnabri ilə birlikdə "Bayern"də zədəli futbolçuların sayı 8-ə yüksəlib. Alman nəhəngində Kim Min-jae, Tomas Müller, Matthijs de Ligt, Dayot Upamecano, Tomas Müller, Tarek Buchmann və Manuel Nouer də zədəlidir.