"Bayern" futbolçusu Rayan Qravenberxin gələcəyi ilə bağlı qərar verib.

İqtisadiyyat.az xəbər verir ki, Münhen təmsilçisi 20 yaşlı yarımmüdafiəçini satmayacaq. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bundesliqa klubunun baş məşqçisi Tomas Tuxel Qravenberxi yeni mövsüm üçün planlarına daxil edəcək.

Daha əvvəl "Liverpul"un niderlandlı yarımmüdafiəçini transfer etmək istədiyi yazılırdı.

Qravenberx 2022-ci ilin yayında "Ayaks"dan "Bayern"ə keçib. O, bu mövsüm 27 oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.