ABŞ Prezidenti Cozef Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika liderinin bəyanatında bildirilib.

“Pensilvaniyada Donald Trampın mitinqindəki atəşaçma ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.

Dövlət başçısı “Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların “bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb