ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında şəxsi görüş yaxın bir neçə ay ərzində baş tuta bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Prezident Bayden və Si Cinpin arasında şəxsi qarşılıqlı əlaqənin əsl əvəzi yoxdur. Ona görə də mən gözləyirəm ki, biz bunu yaxın aylarda görəcəyik", - o, üz-üzə görüşün mümkün vaxtı ilə bağlı sualı cavablandırarkən deyib.