ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahunu ölkəsinə dəvət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Netanyahu və Bayden arasında iki ölkə arasında güclü ittifaqın inkişaf etdirilməsi, İran və onu dəstəkləyənlərin yaratdığı təhlükənin aradan qaldırılması, regional sülhün genişləndirilməsi və sülhün qorunması mövzularında telefon danışığı keçirilib. 

Danışıq zamanı Netanyahunun İsraildə həyata keçirmək istədiyi məhkəmə islahatları ətrafında da fikir mübadiləsi aparılıb.