ABŞ Prezidenti Cozef Bayden iltihablı pulpanın çıxarılması üçün diş əməliyyatı keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd olunub ki, Bayden iyunun 11-də diş ağrısından şikayət edib. Mütəxəssislər onu müayinə edib əməliyyata qərar veriblər:

“Bu səhər o, gözlənilən bir az narahatlıq yaşayır”.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarını təbrik edərkən səhnədə yıxılıb.