"Amerika hərbçiləri Ukraynada hərbi əməliyyatlarda iştirak etmir və etməyəcək".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

"Amerika əsgərləri Ukraynadakı müharibədə iştirak etmir və mən bunun belə qalacağına əmin olmaq niyyətindəyəm. Ukrayna öz ərazisinə Amerika qoşunlarının göndərilməsini deyil, yalnız silah istəyir", - deyə o bildirib.