Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu vəzifəyə Mahir Abbasov təyinat alıb.

O, bu təyinata kimi eyni vəzifəni müvəqqəti icra edirdi.