Müharibə dövrləri istisna olmaqla, ən uzun müddət hakimiyyətdə qalan şəxs...

 

Onun hekayəsi 1936-cı ildə Milanda başladı. Atası bankir, anası isə evdar qadın idi. Uşaqlığı aktiv keçən Berluskoni Milan Universitetində oxuyub. 1961-ci ildə “Reklamın hüquqi aspektləri” mövzusunda dissertasiya işi ilə böyük şanslar əldə edib. Onun mediaya marağı da o illərdə yaranıb, lakin sektora addım atmazdan əvvəl var-dövləti sahibi olmaq üçün əlindən gələni edib.

 

 

O, əmək fəaliyyətinə tikinti ilə başlayıb

 

Berluskoni karyerasına onu İtaliyanın ən zəngin insanı edəcək bir podratçı kimi başlayıb. 1960-cı illərin sonlarına doğru Milanın şərqində 4000 rezidensiyadan ibarət Milano Due layihəsini tikdi. Tikinti layihələri sonrakı illərdə də davam etdirilib.

Berluskoni 1973-cü ildə Milanın qərbindəki Seqrat rayonunda inşa edilmiş rezidensiyalara xidmət göstərmək üçün qurduğu kiçik kabel televiziyası şirkəti TeleMilano ilə media dünyasına daxil olub. TeleMilano həm də ölkənin ilk özəl kanalı idi. 5 il ərzində o, media biznesini genişləndirərək və 1978-ci ildə Fininvest adlı ilk media qrupunu yaradıb.

1986-cı ildə o, reputasiyasını artıracaq bir sərmayə qoydu və dünyaca məşhur İtaliyanın “Milan” futbol klubunu satın aldı və dünyanın ən məşhur futbolçularını heyətinə qatdı. Milan Berluskoniyə rəğbətini artırdı, klubu tanıtdı.

 

 

1993-cü ildə media imperiyasını elan etdi

 

İllər keçdikcə Berluskoni həm biznesini, həm də sərvətini artırmağa davam etdi. 1993-cü ildə Mediaset-i qurdu və media imperiyasını elan etdi.

Arxasında qaldığı bu gücün sayəsində həm siyasətə atıldı, həm də ulduzu eyni anda parladı.

1994-cü ilin yanvarında qurduğu Forza İtaliya partiyası ilə tez bir zamanda İtaliya siyasətinin ön sıralarına çıxdı, Nümayəndələr Palatasına seçildi və 1994-cü ildə İtaliyada keçirilən ümumi seçkilərdən sonra koalisiya hökuməti quraraq baş nazir oldu. Lakin Berluskoninin kabineti 9 ay sonra koalisiya partiyaları arasında daxili fikir ayrılıqları səbəbindən dağıldı.

1996-cı ildə İtaliyada keçirilən ümumi seçkilərdə yenidən namizəd oldu, lakin Romano Prodiyə məğlub oldu. 2001-ci il gələndə istədiyinə nail oldu.

 

 

Dünyanın ən güclü adamlarının siyahısına daxil oldu

 

Seçkilərdən qalib gələrək baş nazir olan Berluskoni 2006-cı ilə qədər son 5 ildə iki hökumət qurdu. Onun 2006-cı ildəki məğlubiyyətinin ardınca 2008-ci ildə yeni qələbəsi gəldi. O, 2008-ci il mayın 8-də yenidən Baş nazir kimi and içib.

O, Avropanın borc böhranı ilə mübarizə apararkən, İtaliya iqtisadiyyatı da yaralandı. Onun baş nazir kimi karyerası 2011-ci ildə, parlamentdəki şiddətli müzakirələr və fikir ayrılıqları yaranan vaxt başa çatıb.

2013-cü ilin iyununda daxil olduğu seçkidə axtardığını tapa bilmədi və siyasətdəki məğlubiyyətin ardınca məhkəmə prosesləri gəldi. Berluskoni, 1 avqust 2013-cü il vergi dələduzluğunda təqsirli bilinib. Üç il əfv, dörd il həbs cəzası və iki il dövlət vəzifəsinə qadağa qoyuldu. O, 70 yaşından sonra həbsdən azad edilib, cəzasını ödənişsiz ictimai işlərlə çəkib.

2019-cu ilin yanvar ayında İtaliyada seçkilərə namizədliyini verdi. Seçkidə Forza İtaliya tarixinin ən pis nəticəsini qazandı, lakin Berluskoni parlamentin ən yaşlı üzvü kimi parlamentə qayıtdı. 2022-ci il president seçkilərində isə potensial namizəd idi, lakin Sergio Mattarella seçkidə qalib gəldi.