İspaniya La Liqasında 32-ci tur davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün daha 1 oyun keçirilib. "Barselona" doğma meydanda "Betis"lə qarşılaşıb. Matç Kataloniya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 79 xalla liderdir. Komanda ən yaxın izləyicisi "Real"ı 11 xal qabaqlayır. "Betis" isə 49 xalla 6-cıdır. 

"Barselona" - "Betis" - 4:0

Qollar: Kristensen, 14, Levandovski, 36, Rafinya, 39, Rodriqez, 82-avtoqol

Qırmızı vərəqə: Qonzalez, 33 ("Betis")