Meksikanın şimalında yerləşən Sonora ştatının ABŞ sərhədinə yaxın ərazidəki San Luis Rio Kolorado şəhərindəki bara molotof kokteyli ilə hücum edilib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində barda yanğın baş verib, içəridəkilərdən 11 nəfər yanaraq ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə sövq edilən sağlamlıq qrupları yaralıları qəsəbə və ABŞ-nin müxtəlif xəstəxanalarına aparıb. Həvəskar kameralara əks olunan görüntülərdə barın giriş qapısının alov içində qaldığı və ətrafdakı insanların təşviş içində qaçdığı görülüb.

Sonora Əyalət Baş Prokurorluğundan hadisə ilə bağlı verilən açıqlamada, hadisədən az əvvəl içəridəki bəzi qadın müştəriləri narahat edən hücumu həyata keçirən şəxsin təhlükəsizlik işçiləri tərəfindən çıxarılmağa çalışıldığı bildirilib.

Açıqlamada şübhəlinin yüksək spirtli içki qəbul edən gənc olduğu və təcavüzkarın tutulması üçün təhlükəsizlik qüvvələrinin iştirakı ilə əməliyyata başlanıldığı bildirilib.