Banqladeşin cənubunda sərnişin avtobusunun yoldan çıxaraq gölməçəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub, 35 nəfər yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, avtobusun təkəri partladıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtobus aşıb və yol kənarındakı gölməçəyə düşüb. Sərnişinlərdən 13-ü hadisə yerində, daha 4-ü xəstəxanada ölüb.