Yanvarın 26-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank Standart” Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan bildirilib ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, M.Abbas Abbaszadə küçəsindəki 1 mərtəbəli, 4 otaqlı, 70,2 kvadratmetr yaşayış və 27,1 kvadratmetr köməkçi sahədən (ümumi sahəsi 0,0427 hektar) ibarətdir. Daşınmaz əmlakın ilkin satış qiyməti 150 min manatdır.

Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67