Bakıya Çinin BYD şirkətindən test məqsədilə 1 ədəd tam elektrikli avtobus gətirilib.

İqtisadiyyat.az xəbər verir ki, avtobusun uzunluğu 12 metrlikdir. 33 sərnişin oturacağına malik nəqliyyat vasitəsinin ümumi sərnişin tutumu 82 nəfərdir.

Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir.