Bakının Səbail, Qaradağ, Binəqədi və Xəzər rayonları ərazisində yerləşən elektrik veriliş xətlərində və qurğularında yenidənqurma işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, eləcə də həmin ərazilərdə yeni güc mərkəzləri yaradılacaq.

"Azərişıq" ASC-dən bildirilib ki, məqsəd paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması və gərginlik düşkülərinin aradan qaldırılmasıdır.

Qurum qeyd olunan işlərin Səbail, Qaradağ və Binəqədi rayonları ərazisində reallaşmasının 2,6 milyon manata, Xəzər rayonu ərazisində həyata keçirilməsinin isə 3,3 milyon manata başa gələcəyini ehtimal edir.