Bakıda Amay Ticarət mərkəzində “Hindistan Günləri” sərgisi davam edir.

İqtisadiyyat.az xəbər verir ki, sərgiyə gələnlər Hindistan məhsulları ilə yaxından tanış olurlar. Stendlərdə qida məhsulları, ənənəvi hind qabları, kosmetika, milli geyimlər, şamlar və Hindistan istehsalı olan zinət əşyaları nümayiş etdirilir. Eyni zamanda gündəlik olaraq hind rəqsləri göstərilir.

Qeyd edək ki, sərgi mayın 21-ə qədər davam edəcək.