Kişilər arasında ACF turunun birinci turniri start götürür

İqtisadiyyat.az xəbər verir ki, 19 apreldə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci turniri keçirilir.

Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 80 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Turnirdə -60 kq., -66 kq., - 73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.