Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 İqtisadiyyat.az xəbər verir ki, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Namazov Elnur Seymur oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 Qeyd edək ki, hadisənin təfərrüatları araşdırılır.