Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 15 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı müvafiq istintaq hərəkətləri aparılır.