Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Binəqədi-Xocəsən yolunda qeydə alınıb.

“Ford Transit” və “Volkswagen Caddy” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.