Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) təşkil edilən avtobus zolağında tıxaclar yaranır.

Bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat verib.

Qeyd edilib ki, digər avtomobillərin də bu zolağdan istifadə etməsi ictimai nəqliyyatın hərəkətini çətinləşdirib.

Belə ki, minik avtomobillərinin həmin zolağa daxil olması avtobusların gecikməsinə səbəb olub.

Qeyd edək ki, həmin yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradıla bilər.

Amma zolağın tələbinə əməl etməyənləri isə cərimə gözləyir. Belə ki, avtobus zolaqlarına təyinatı üzrə daxil olmayan nəqliyyat vasitələri inzibati xətalar məcəlləsinin 327-ci maddəsinin birinci bəndinə uyğun olaraq qayda pozuntusu etmiş sayılır. Bu qayda pozuntusunun 40 manat cəriməsi nəzərdə tutulub. Həmin pozuntular xüsusi texniki vasitələrlə aşkarlanmaqla elektron protokol tətbiq olunur. 

Mövzu ilə bağlı jurnalist Samir Əlinin lentə aldığı fotoları təqdim edirik: