Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

*** 17.09

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana üç reysi gecikir.

İqtisadiyyat.az xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı J2-253 və 16:40-da uçmalı J2-255 reysləri təxirə salınıb.//Report//

*** 11:49

AZAL Bakı-Naxçıvan reysini təxirə salıb.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan hava şəraitdir.

Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 12:00-a kimi təxirə salınıb.

Hava şəraiti ilə əlaqədar olaraq reyslərin qarşıdakı saatlarda da gecikəcəyi istisna deyil.//APA//