Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Bu barədə İqtisadiyyat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Marşrutların təhkim edilməsində şəffaflığın təmin olunması məqsədilə Bakı – Mingəçevir – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq, Mingəçevirə səfərlər artıq “Neoplan” markalı avtobuslarla həyata keçirilir.

Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 08:00 və 11:00-da, Mingəçevir Avtovağzalından isə 14:00 və 17:00-da yola düşür.