Səhər saatlarından etibarən metroda qatarların gecikməsi müşahidə olunur. Bununla əlaqəli olaraq platforma və qatarlarda insan sıxlığı da çoxdur. Qatarların tuneldə fasilələrlə hərəkəti müşahidə edilir.

Bakı Metropoliteninin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov "Yeni Sabah"a açıqlamasında bildirib ki, qatarların gecikməsi sərnişin sıxlığı ilə əlaqədardır:

"İki gündür sərnişin axınının dinamikasında artım var. Bu, bəzən qatarların da ləngiməsinə səbəb olur".

B.Məmmədov istiqamət göstəricilərindəki problemlə bağlı da münasibət bildirib: "İstiqamət göstəriciləri sırf texniki səbəbdəndir.Qatarların hərəkətinə təsir edən bir səbəb deyil".