Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ”la MOİK arasında Xankəndidə keçiriləcək oyuna görə Bakı metropoliteninin iş qrafikində dəyişiklik olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciəti və.Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağı nəzərə alınaraq, dekabrın 21-də Bakı metropoliteninin bütün stansiyaları səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq. 

Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metropoliteninin həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq.

Qeyd edək ki, "Qarabağ" - MOİK oyunu dekabrın 21-də keçiriləcək