Aparıcı Məsləhət firması “Mercer” şəhərlərin yaşam tərzini göstərən araşdırma yayımlayıb. 
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, firma yaşayış üçün ən gözəl şəhərləri araşdıraraq, 231 şəhərin yer aldığı siyahı tətbiq edib. Siyahıda ilk 150 yerdə Cənubi Afrikanın paytaxtı Durban, Ceyptaun, Yohannesburq,  Avstraliyanın Pert, Adelaide, Kanberra, İspaniyanın Barselona, Madrid, Sloveniyanın paytaxtı Lyublyana, Macarıstanın paytaxtı Budapeşt, Uruqvayın paytaxtı Montevideo, Malayziyanın Cohor Baru  kimi şəhərləri yer alıb. Təəssüf doğuran məqam bundan ibarətdir ki, siyahının  ilk 150 yerində paytaxt Bakının adına rast gəlinməyib. Qeyd edək ki, dünyanın yaşam şəraitinə görə, ən möhtəşəm şəhəri yenə Avstriyanın paytaxtı Vyana seçilib. Siyahının ilk onluğunda yer alan şəhərləri təqdim edirik.

1.Vyana(Avstriya)

2.Sürix(İsveçrə)

3.Vankuver(Kanada)

4.Münhen(Almaniya)

5.Auckland(Yeni Zelandiya)

6.Düsseldorf(Almaniya)

7.Frankfurt(Almaniya)

8.Kopenhagen(Danimarka)

9.Cenevrə(İsveçrə)

10.Bazel(İveçrə)