'Bakcell' MMC gələn ilin aprel ayında ödəniş sistemini istifadəyə verəcək'.

Bunu jurnalistlər üçün keçirilən təlimdə şirkətin əlavə dəyər xidmətləri üzrə şöbəsinin rəhbəri Fərəh Allahverdiyeva deyib.

Onun sözlərinə görə, söhbət 'Bakcell'in yaratdığı elektron pul kisəsindən gedir: 'Bunun vasitəsi ilə kommunal xidmətlərin haqqını ödənilməsi, pul köçürmələri və s. maliyyə xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub. Gələn ilin sonlarından isə bu sistem vasitəsi ilə metro və avtobuslarda gediş haqqını ödəmək mümkün olacaq'.

'Bakcell' rəsmisi yeniliyin tətbiqi üçün ölkənin iri banklarından biri ilə əməkdaşlığa başladıqlarını bildirsə də, həmin bankın adını açıqlamayıb.

FED.AZ