“Fruit Aqro” MMC-nin Samux rayonunda reallaşdıracağı intensiv bağçılığın inkişafı layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 50 min manat güzəştli kredit ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.

Onun sözlərinə görə, layihənin icrası nəticəsində 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.