“AzKredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2023-ci il üçün “Nexia EA” şirkəti tərəfindən aparılan audit hesabatını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, “AzKredit” BOKT ötən ili 1,03 milyon manat xalis mənfəətlə başa vurub.

Şirkətin kredit portfeli 2022-ci ilin sonuna nəzərən 2023-cü ilin sonunda 2 dəfə artıb. Belə ki, 2023-cü il ərzində şirkət müştərilərə 2,7  milyon manat kredit verib.

Həmçinin ötən ilin sonuna “AzKredit” böyüyərək şirkətin cəmi aktivləri 2,06 milyon manata çatıb. BOKT-nin 900 min manatdan çox bölüşdürülməmiş mənfəəti var.

2023-cü ilin sonuna BOKT-nin xalis faiz gəlirləri 4 dəfədən çox artaraq 379 min manata çatıb. 2022-ci ilin sonuna şirkətin xalis faiz gəlirləri isə 92,5 min manat təşkil edib.

Əlavə olaraq qeyd edək ki, “AzKredit” BOKT-nin hesabat dövrünün sonuna işçi heyəti 41 nəfərdən ibarət olub.

Xatırladaq ki, “AzKredit” BOKT 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır.

“AzKredit”in audit hesabatı ilə buradan tanış olmaq mümkündür.