“Azersun İstehsalat və Logistika Mərkəzi” zərərdən xilas ola bilmir. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət sonuncu dəfə açıqlanan 2022-ci maliyyə ilini 2 milyon 109 min manat xalis zərərlə bitirib.

Şirkətin xalis zərəri əvvəlki ilə nisbətən 18% və ya 317 min manat artıb.

Belə ki, “Azersun İstehsalat və Logistika Mərkəzi” 2021-ci ili 1 milyon 792 min manat zərərlə bitirib. Şirkət 2020-ci il üzrə isə daha çox - 3 milyon 378 min manat zərər açıqlamışdı. 

Qeyd edək ki, dəyəri 15,1 milyon ABŞ dolları olan “Azersun İstehsalat və Logistika Mərkəzi” Qazaxıstanın Manqıstau əyalətində yerləşən “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonasında 4.2 ha ərazidə quru və soyuducu anbarlardan ibarət logistika mərkəzidir. Mərkəz Azərbaycan İnvestisiya şirkəti tərəfindən idarə edilir və onun payı  25%-dir.