Türkiyənin Qars vilayətinin Halitpaşa məhəlləsində “Can evi” heyvan sığınacağı yaradılıb. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Can dostları” heyvansevərlər dərnəyinə məxsus sığınacaq şikəst, qüsurlu küçə heyvanlarına otel kimi xidmət göstərir.

Dərnək rəhbəri Berivan Buğanın sözlərinə görə, sığınacaqda heyvanlara yemək verilir, qulluq edilir və müalicə edirlər. Heyvanlara qulluq edən könüllülərdən biri isə azərbaycanlı Afaq Ağayevadır. Azərbaycanda vəkil olan Ağayeva Türkiyədə veterinarlıq fakültəsində təhsil alır.

“Azərbaycanda ixtisasım vəkillik idi. Amma heyvan sevgimə görə vəkillikdən imtina etdim və Qarsa gələrək könüllü kimi heyvan sığınacağında işləməyə başladım. Küçə heyvanlarına olan sevgimə görə onlara ürəkdən qulluq edirəm. İnşallah onlar üçün gözəl işlər görəcəyik. Burada heyvanlara çox yaxşı baxılır. Onlar ətrafı narahat etmirlər. Onsuz da hamısı baxıma və qayğıya möhtacdır. Kiməsə narahatlıq verəcək vəziyyətdə deyillər”.

Bir ildən artıqdır ki, xidmət göstərən sığınacağın Qarsda qüsurlu heyvanlar üçün reblitasiya mərkəzi yaradılana qədər fəaliyyətini davam etdirəcəyi bildirilir.